31 İyul, 2015
“Taliban” qruplaşması Molla Ömərin öldüyünü rəsmən təsdiqlədi

“Taliban” hərəkatı rəsmi olaraq qruplaşmanın lideri Molla Ömərin öldüyünü təsdiqləyib

Ahlibeyt.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə qruplaşmanın yaydığı bəyanatda bildirilir.

“İslam Əmirliyinin rəhbərliyi və Ömərin ailəsi Molla Ömərin xəstəlikdən keçindiyini bildiriblər”, deyə bəyanatda bildirilib.

Əfqanıstan hökumətinin yaydığı bəyanatda  “Taliban” lideri Molla Ömərin hələ 2013-cü ilin aprelində Pakistanda xəstəlikdən öldüyü bildirilib.

Bundan əvvəl Talibanın Şurası Molla Ömərin köməkçisi olmuş Əhdar Məhəmməd Mənsuru qruplaşmanın yeni lideri təyin edib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3550.html