
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi sözçüsü Tanju Bilgiç bildirib
Ahlibeyt.az-ən məlumatına görə, T. Bilgiç deyib ki, Nazirlər Kabinetinin toplantısında bu barədə qərarın qəbuluna dair imzaların atılması məsələsi həll edilib və ehtiyac yarandığı təqdirdə hərbi bazadan istifadə oluna bilər.
T.Bilgiçin sözlərinə görə, hazırda hər iki ölkənin Silahlı Qüvvələri bu məsələ ilə bağlı müzakirələr aparırlar: “ABŞ-la yalnız İŞİD-ə qarşı mübarizəyə dair razılığa gəlinib. Suriyada kürd döyüşçülərə havadan dəstək verilməsi razılaşmaya daxil deyil”.