29 İyul, 2015
Ayətullah Əraki - "Alimlər İslami vəhdətə dəvət edənlərin öncülü olmalıdırlar"
"İslam alimləri müsəlmanları vəhdətə və birliyə dəvət edənlərin önündə durmalı və bu müqəddəs işdə öncül olmalıdırlar".

Ahlibeyt.az-ın Shbestana istinadən məlumatına görə,bunu "İslam Məzhəblərinin Yaxınlaşması Dünya Birliyi Təşkilatı"nın baş katibi Ayətullah Əraki Livan paytaxtı Beyrutda keçirilən İslam alimlərinin beynəlxalq konfransının açılış mərasimindəki çıxışı zamanı bildirib.

Ayətullah çıxışı zamanı qeyd edib ki, "Allah – Taala insanlardan əhd alıbdır ki, Allahdan, Peyğəmbərindən itaət etsinlər, ədalətin bərqərar olmasında çalışsınlar, haqqa kömək olsunlar və "tağut"la (zülmlə) mübarizə aparsınlar.

O çıxşı zamanı bildirib: "İslam alimləri müsəlmanları vəhdətə və birliyə dəvət edənlərin önündə durmalı və bu müqəddəs işdə öncül olmalıdırlar. Biz alimləri bura dəvət etmişik ki, onlar bu İlahi əhdin reallasşması üçün insanlara kömək etsinlər. Bu ilahi vədəni həqiqətə çevirsinlər".

Ayətullah Əraki vurulayıb ki, "Allah – Taala və Rəsuluna itaət etmək, haqqa köməkçi olmaq, ədaləti bərqərar etmək, məzlumları müdafiə etmək və bütün bunları təkid və kəskinliklə davam etdirmək İslam alimlərinin əsas vəzifəsidir".

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3543.html