
Həcc mövsümündə Mədinədə Bəqi qəbirstanlığının ətrafında cümə axşamları Kumeyl duası mərasiminin keçirilməsi ilə bağlı Səudiyyə Ərəbistanı höküməti ilə İranın Həcc və Ziyarətlər Təşkilatı arasında əldə olunmuş razılıq bu il də öz qüvvəsində qalmaqdadır.
Mədinədən verilən xəbərlərdə deyilir ki, dünən axşam namazlarıdan sonra Bəqi qəbirstanlığının kənarında bu ilin birinci Kumeyl duasınn oxunuşu mərasimi keçirilib. Bildirilir ki, baxmayaraq ki, razılığa əsasən mərasimdə yalnız iranlı zəvvarlar iştirak edə bilərlər. Buna baxmayaraq hər il olduğu kimi bu il də başqa ölkələrdən olan Əhli-Beyt(ə) aşiqləri həmin mərasimdə iştirak ediblər.