
Nigeriyanın Damaturu şəhərində ötən gün bazarda partlayış törədilib. 16 nəfərin ölümünə, təxminən 50 nəfərin xəsarət almasına səbəb olan partlayışı azyaşlı qız həyata keçirib.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə İsam.az-ın BBC-yə istinadla verdiyi məlumatda bildirilir ki, bu barədə ölkə polisi məlumat verib. Qızın ilkin baxışdan 10 yaşı olduğu ehtimal edilir.
Onun özünü partlatdığı deyilir.
Qeyd edək ki, partlayışla bağlı məsuliyyəti hələlik heç bir terror qruplaşması üzərinə götürməyib.