
Yusif Əl-Qardavi terrorra dəstək vermək, fitnə yaymaq və suriyalıları döyüşə sövq etməkdə ittiham olunur
Ahlibeyt.az-ın Haber7-yə istinadən verdiyi xəbərə görə,Suriya paytaxtındakı Dəməşq məhkəməsi 5 nəfər barəsində verdiyi edam hökmünü açıqlayıb. Edam hökmü çxarılanlar arasında Misirli alim,Dünya Müsəlman Alimlər Birliyinin baş katibi Yusif əl Qardavi də var.Hazırda Qətərdə yaşayan Qərdəvi barədə bir müddət əvvəl Misir məhkəməsi də eyni qərarı verib.
Bundan başqa məhkumlar arasında Suriya dövləti müxaliflərindən olan Suriya Milli Koalisiyasının üzvü yazıçı Mişel Kilo da var. Məhkəmə həmin şəxsləri terrorra dəstək verməkdə, fitnə yaymaqda və Suriya xalqını döyüşə sövq etməkdə ittiham edir. Həmçinin bu şəxslərin Suriya dövləti ilə döyüşmək üçün silahlı qruplaşmaları təmin etdikləri iddia olunub.
Bu qərara görə, Yusif əl Qardavi, Mişel Kilo və digər 3 nəfər yaxalanacaqları təqdirdə dərhal edam olunacaqlar.
Misirin ilk seçilmiş prezidenti Məhəmməd Mursiyə dəstək nümayiş etdirdiyi üçün Qardavi daha öncə Əbdülfəttah əs Sisi hökuməti tərəfindən də edama məhkum olunmuşdu. Sisinin nəzarətində olan Misir məhkəməsi Qardavini terrora dəstək verməkdə ittiham etmişdi.