23 İyul, 2015
Britaniyanın XİN rəhbəri - Bəşər Əsəd rejiminin süqutunda maraqlı deyilik

Bəşər Əsəd rejiminin hökumət müəssisələri dağılsa, biz istədiyimiz nəticəyə nail olmuş olmayacağıq. İstədiyimiz nəticə hökumətdə siyasi dəyişikliyin olması, dövlət strukturları infrastrukturunun qorunub saxlanılması və mötədil cinahlar tərəfindən siyasi legitimliyin təşkilidir.

Ahlibeyt.az-ın məlumatına görə, Salamnews-un BBC-yə istinadla verdiyi xəbərdə qeyd olunur ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond Parlament qarşısında çıxışı zamanı bildirib.

O, Liviya və İraqı misal çəkərək, bu iki ölkədəki səhvlərin Suriyada təkrarlanmamasını istədiyini ifadə edib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3521.html