23 İyul, 2015
Yəməndə Səudiyyəyə məxsus əməliyyat mərkəzi məhv edilib

Yəmən ordusu və könüllüləri Adəndəki Mansur Əl Hadi və "Əl Qaidə"yə dəstək verən Səudiyyə ordusu ilə BƏƏ ordusunun zabitlərinin olduğu əməliyyat mərkəzini vurub, onlarla zabitin həyatını itirdiyi önə çəkilir.

Ahlibeyt.az-ın məlumatına görə,  İslamazeri.az-ın "Almayadeen"ə istinadən verdiyi xəbərdə bildirilir ki, ölənlər arasında BƏƏ ordusunun yüksək rütbəli zabitilə yanaşı, Səudiyyə ordusunun hərbi kəşfiyyatının zabitləri də var.

Qeyd edək ki, Ötən həftə Mansur Hadiyə bağlı qruplaşma ilə "Əl Qaidə" terrorçuları Səud və BƏƏ rejimlərinin dəstəyi ilə Adəndə bəzi yerləri ələ keçirmişdilər.
"Ənsarullah" hərəkatının sözcüsü Məhəmməd Əbdüssəlam isə, "Əl Məsirə" telekanalına öz açıqlamasında Səud və BƏƏ ordusunun hava dəstəyinə baxmayaraq  Mansur Hadiyə bağlı qruplaşma ilə "Əl Qaidə" terrorçularının kiçik bir ərazini ələ keçirdiyini bildirmiş, yaxın günlərdə əks hücum əməliyyatları başladacaqlarını önə çəkmişdi.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3518.html