22 İyul, 2015
Hacı Şahin Həsənlidən Milli Mətbuat günü münasibəti ilə təbrik

Ahlibeyt.az-ın məlumatına görə,ilahiyyatçı alim Hacı Şahin Həsənli 22 iyul Mətbuat günü münasibəti ilə jurnalist fəaliyyəti ilə məşqul olan peşə sahiblərini təbrik edib .

Təbrikdə deyilir:

Əziz mətbuat işçilərini Milli Mətbuat günu münasibəti ilə təbrik edirəm.

Jurnalist olmaq olduqca çətin və məsuliyyetli işdir. Mətbuatın cəmiyyətin nöqsanlarını düz müəyyən etməsi, onların səbəb və həll yollarını müzakirəyə çıxartması onu ictimai inkişafın aparıcı qüvvəsinə çevirir. Mətbuat bizi özümüzə göstərmək kimi məsuliyyətli və həlledici görəvə malikdir.

Jurnalistlərimizə bu müqəddəs vəzifənin öhdəsindən layiqincə gəlməyi arzu edirəm. Bir daha hamınızı ürəkdən təbrik edirəm!

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3517.html