21 İyul, 2015
Ramazan Bayramı münasibətilə uşaq evinin sakinləri üçün film nümayişi olub (FOTO)

İyulun 20-də Nizami Kino Mərkəzi Müqəddəs Ramazan Bayramı münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1№-li Ailə Tipli kiçik qrup evinin uşaqları üçün pulsuz film nümayişi keçirib.

Ahlibeyt.az-ın Trend-ə istinadən məlumatına görə, 1№-li Ailə Tipli kiçik qrup evinin müdiri Süsən Nəbiyeva filmi izləməyə gələn uşaq və müəllimlər adından kinomərkəzin əməkdaşlarına təşəkkürlərini bildirib və belə xeyirxah aksiyaların mütəmadi keçirilməsini arzu ediblər.

Eyni zamanda, kinomərkəzin əməkdaşları da belə tədbirlərin keçirilməsinə hər zaman dəstək olacaqlarını söyləyiblər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3510.html