21 İyul, 2015
Rusiyada məhbus müsəlmanlar bayram namazı qılıb

Rusiya Federasiyası ərazisində yerləşən bəzi islah müəssisələrində məhbus müsəlmanlara ibadət etməyə və dini ayinləri həyata keçirməyə şərait yaradılır.

Ahlibeyt.az-ın məlumatına görə, Sverdlovsk vilayəti Nevyansk şəhərində yerləşən 46 saylı İƏM-dən islam.az-a daxil olan məlumatda bildirilir ki,məhbus müsəlmanlar bu günlərdə Fitr bayramını qyed ediblər. Həbsxananın ərazisində yerləşən məsciddə bu  münasibətlə bayram namazı qılınıb. Xüsusi dəvət edilən imam isə toplaşanlar qarşısında moizə ilə çıxış edib.

Qeyd edək ki, məhbus müsəlmanlar gündəlik namazlarını da məsciddə qıla bilirlər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3507.html