21 İyul, 2015
BMT Təhlükəsizlik Şurası İranla “Altılıq”ın nüvə razılaşmasını təsdiqlədi

BMT Təhlükəsizlik Şurasın ötən həftə İranla Altılıq arasında əldə edilən nüvə razılaşmasını təsdiqləyən qətnaməni qəbul edib.


Ahlibeyt.az-ın  BBC-ə istinadla verdiyi xəbərə görə,agentliyinə istinadən verdiyi xəbərə görə, sənəd Tehranın üzərinə götürdüyü öhdəliklərin icra olunduğu Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən təsdiq edildikdən  sonra

BMT Təhlükəsizlik Şurasının xətti ilə İrana qarşı tətbiq edilmiş sanksiyaların tam ləğv olunmasını nəzərdə tutur.


Qətnamə BMT TŞ-ın bütün 15 üzv ölkəsi tərəfindən təsdiqlənib.

2231 saylı qətnamədə BMT-ə üzv olan bütün ölkələr razılaşmanın şərtlərinə əməl etməyə çağırılır.


Sözügedən qətnaməyə əsasən İran öz öhdəliklərinə əməl edəcəyi təqdirdə, öncədən TŞ tərəfindən ona tətbiq edilən bütün sanksiyalar ləğv ediləcək. Amma bununla yanaşı silahların alqı-satqısında Tehrana qarşı bəzi məhdudiyyətlər öz qüvvəsində qalacaq.


Bununla belə altılıq ölkələrin hər birinin İranın bu müqavilənin şərtlərini pozmasında şübhə yaranacağı halında sanksiyaların tətbiq olunacağı qətnamədə yer tapmışdır.


Nüvə razılaşması bundan sonra ABŞ konqresində 60 gün ərzində baxılmalı və təsdiqlənməlidir.Həmçinin İran Milli Təhlükəsizlik Şurası, habelə parlamenti tərəfindən  də müzakirə olunacaq.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3506.html