20 İyul, 2015
Türkiyədə dəhşətli partlayış - 27 ölü,100-ə yaxın yaralı - video

Türkiyənin Şanlıurfa şəhərində baş verən dəhşətli hadisənin videosu yayılıb.

Ahlibeyt.az-ın vrdiyi xəbərə görə,AnsPressəNS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumatda bildirilir ki, partlayış nəticəsində ölənlərin sayı 27-yə çatıb.
100-ə yaxın insan yaralanıb.

Partlayış anının videogörüntüləri yayılıb. Görüntülərdən də aydın görünür ki, bir qrup gənc əllərində plakatlar açaraq şüarlar səsləndirilər. Bu an kütlənin ortasında güclü partlayış baş verir.

Artıq Türkiyənin Daxili İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir:

"Şanlıurfanın Suruç rayonunda bu gün saat 12 radələrində (Bakı vaxtı ilə 14) terror hücumu baş verib. İlkin məlumata görə, 27 vətəndaşımız ölüb. İnsan təlafatının artacağından narahatıq. Bölgədəki xəstəxanalara 100-ə yaxın yaralı çatdırılıb.

Ölkəmizin birlik və bütünlüyünü hədəf alan bu terror hücumu qarşısında hər kəsi birləşməyə çağırırıq".

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3503.html