
Azərbaycan Prezidenti İlham Əliyev dini tarix və mədəniyyət abidələrinin bərpasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Ahlibeyt.az-ın Anspress-ə istinadən məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycanda dini tarix və mədəniyyət abidələrinin bərpasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.