
Manamadan verilən xəbərə görə, Bəhreyn inqilabçılarından bir qrup Misirdə səfərdədirlər. Onların Misirdəki siyasi partiyaların liderləri və siyasi fəallarla görüş keçirəçəyi bildirilir.
Həmçinin onların əl-Əzhər Universitetinin rəhbərliyi və səlahiyyətli şəxsləri ilə görüş keçirməyi planlaşdırdığı söylənilir.
Bəhreyndən Misirə səfər edən nümayəndə heyətinə əl-Vəfaq partiyasının rəhbəri Hüccətül-İslam Şeyx Əli Salman rəhbərlik edir.