
"Yeni Ay Azərbaycanda bu gün axşam saatlarında - gün batandan sonra üfüqdə görünəcək".
ahlibeyt.az-ın məlumatına görə, bunu Trend-ə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov deyib.
Onun sözlərinə görə, bu gün axşam bayram axşamı, sabah isə bayram günü hesab edilir.
Qeyd edək ki, iyulun 17 və 18-də Azərbaycanda Ramazan bayramı qeyd edilir.