19 Oktyabr, 2011
Meriya AİP-ə yox dedi


Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan İslam Partiyasının “Qarabağa azadlıq!”, “Hicab məhbuslarına azadlıq!”, “İslamofobiyaya son!” şüarları ilə keçirmək istədiyi aksiyanı məqsədəuyğun hesab etməyib. Bu barədə AİP sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli məlumat verib.

Akif Heydərli aksiyanın keçirilib-keçirilməyəcəyi barədə suala cavab olaraq bildirdi ki, bu barədə partiyanın sabahkı toplantısında qərar veriləcək. Biz bununla əlaqədar medianı məlumatlandıracağıq.

 

Qeyd edək ki, Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafov, müavinlər İnqilab Əhədli və Rövşən Əhmədovdan ibarət təşkilat qrupu adından Bakı Şəhər İcra Hakimiyyətinə müraciət oktyabrın 10-da edilmişdi.

 

faktxeber.com

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-348.html