
Bu anlaşma bölgəni fəlakətlərdən, müharibələrdən, qarşıdurmalardan qorumaqda təsirli olacaq və İŞİD-ə qarşı mübarizəni möhkəmləndirəcək. O İŞİD ki, regionu, dünyanı parçalayır, onu qanda və fitnələrdə boğmaq istəyir.
Ahlibeyt.az-ən Salamnews-a verdiyi xəbərə görə,"Sumaria" agentliyinin məlumatında bunu İraqın baş naziri Heydər əl-Abadi İran və "Altılıq" arasında ötən gün nüvə anlaşmasının əldə edilməsindən sonra verdiyi bəyanatda bildirib.
O deyib: “İranın nüvə proqramı ilə bağlı əldə edilən razılaşma xəbərini ümid və həvəslə qarşıladıq. Bu anlaşmada sülh və əmin-amanlığin, İran, bölgə və bütün dünya üçün firavanlığın digər çətin seçimlərdən üstün tutulduğunu görürük.
Buna görə qonşu İran xalqını, eləcə də bölgə və dünya xalqlarını təbrik edirik.