14 İyul, 2015
ABŞ və Qərb İranla nüvə anlaşmasını imzaladı
İran və BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniyanın ("altılıq") apardığı nüvə müzakirələrində razılıq əldə olunub.

Ahlibeyt.az-ın məlumatına görə,  İran ilə razılaşma çərçivəsində BMT silah embarqosu 5 il qüvvədə qalacaq. Mərmi sanksiyaları isə hələ 8 il qüvvədə saxlanılacaq.gözlənilir.
Qərb əvvəldən bizimlə təhdidlə danışmamalı idi. Nüvə anlaşması sübut etdi ki, diplomatik danışıqlar ən gözəl yoldur. Bu anlaşma bölgənin tarixində yeni səhifə açdı.

Bunu İran prezidenti Həsən Ruhani yekun nüvə anlaşmasının əldə edilməsindən sonra etdiyi çıxışda bildirib.

O, bu anlaşmanın əldə edilməsini Ramazan ayının bərəkətlərindən hesab edib, bunun İran və bölgə xalqları üçün mühüm olduğunu söyləyib.

H.Ruhani indiyədək ölkəsinə qarşı tətbiq edilmiş sanksiyaları "zalım sanksiyalar" adlandıraraq, onların götürülməsi münasibətilə həmvətənlərini təbrik edib.

İran rəhbəri nüvə müzakirələrinin getdiyi 13 il ərzində İsrail tərəfindən atılan təxribatçı addımların sonda nəticəsiz qaldığını vurğulayıb.

“Biz heç vaxt nüvə silahı istehsal etmək fikrində olmamışıq və olmayacağıq da. Ali lider bunu haram edib, bu barədə haram fətvası var."

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3457.html