
Suriya ordusu və Livanın "Hizbullah" hərəkatı Dəməşqətrafı əyalətin Livanla sərhəd yaxınlığında yerləşən strateji Zəbədani şəhərinə daxil olub.
Ahlibeyt.az-ın məlumatına görə,Salamnews-un "Al Manar"a istinadla verdiyi xəbərdə bildirilir ki, ordu və "Hizbullah" şəhərin əs-Sultani qəsəbəsini nəzarətə götürüb.
Müxalifətyönümlü Suriya İnsan Hüquqlarını Müşahidə Mərkəzi ordunun Zəbədanidə irəlilədiyi xəbərini təsdiqləyib.
Suriyada qarşıdurmalar və əməliyyatlar digər bölgələrdə də davam edib.
Müttəfiqlərin Həsəka əyalətinə endirdikləri aviazərbədə İŞİD terror təşkilatının əyalət (Vilayətul-Birkə) üzrə lideri Əbu-Usamə əl-İraqi və Dirazzur əyaləti (Vilayətul-Xayr) üzrə sabiq lideri Amir Rəfdan məhv olub.
Qeyd edək ki, bu, son günlər ərzində İŞİD-ə vurulan ən ağır zərbə kimi qiymətləndirilir.