
Rusiya Fövqəladə Hallar Nazirliyi(FHN) təyyarələri Təyyarələr Səudiyyə və müttəfiq ölkələrin hərbi təzavüzü nəticəsində zərər çəkmiş Yəmən xalqına yardım məqsədi ilə 46 tondan çox humanitar tyardın çatdıracaq
Ahlibeyt.az-ın Ria-ya istinadən verdiyi xəbərə görə,Rusiya FHN mətbuat xismətindən bildirilmişdir ki,müharibədən zərər çəkən Yəmən xalqına yardım məqsədilə bu ölkəyə iki təyyarə humanitar yardım göndəriləcək.
Humanitar yardımlar Rusiya FHN məxsus iki "İL-76" təyyarəsi ilə çatdırılacaq. Humanitar yardım 46 tondan artıq olacaq. Yardıma qida məhsulları, o cümlədən ət, balıq konservləri, uşaq qidaları və şəkər daxildir.
Qeyd edək ki , Səudiyyə Ərəbistanı və müttəfiqlərinin mart ayının 26-dan Yəmənə qarşı başlatdığı təcavüz nəticəsində minlərlə mülki vətəndaş həlak olub,yüz minə yaxın insan öz evlərindən didərgin düşüb.Ölkənin təhsil,səhiyyə və digər sosial obyektlər dağıdılıb.
Yəməndə humanitar vəziyyət Səudiyyə və müttəfiqlərinin havadan və qurudan tətbiq etdiyi blokada səbəbindən dövlət infarstrukturu iflic vəziyyətinə düşüb.Bu hadisələr humanitar təşkilatların Yəmənə diqqət ayırmaması,bəzi ölkələr çıxmaq şərti ilə Səudiyyə Ərəbistanının təcavüzünə göz yumması fonunda baş verir.