
Son bir neçə ayda Liviya xalqının başının Qəzzafi rejimi ilə mübarizəyə qarışmasından istifadə edən Liviya vahhabiləri Liviyadakı müqəddəs məkanları məhv etməkdədirlər. Keçən həftənin cümə axşamı vahhabilər Cənzur şəhərindəki müqəddəs məkana hücum edərək viran etmiş və əmlakını özləri ilə aparmışlar.
İş o yerə çatıb ki, Liviya MKŞ-nın sədri Mustafa Əbdülcəlil keçirdiyi mətbuat konfransında bu məsələyə işarə edib. Mustafa Əbdülcəlil bu əqidənin Liviya xalqının əqidəsilə təzad təşkil etdiyini bildirb. O artıq Liviyanın müftisi Şeyx əs-Sadiq əl-Ğəryanidən bu barədə fətva verməsini istədiyini də bildirib.