
Türkiyədə Yaxın Şərq xəbərləri ilə İŞİD və "Əl-Qaidə" təbliğatı aparan bəzi media orqanlarının fəaliyyətinə qadağa qoyulub.
Ahlibeyt.az-ın İslamazeri-yə istinadən məlumatına görə, Aralarında "Ummetislam", "Türküstan İslam Bülleteni", "Incanews" "Darul Hilafe" və "Tevhidgundem" kimi xəbər portallarının da yer aldığı media orqanlarının 5651 saylı qanunun 8-ci maddəsinin 1-ci bölməsinin pozulması ittihamıyla bağlandığı bildirilib.
Adları çəkilən saytların Almaniyanən Türkiyə hökumətinə xüsusi təzyiqi nəticəsində bağlandığı qeyd edilir.
Bunlardan "Ummetislam", "Türküstan İslam Bülleteni", "Incanews" saytları "Əl-Qaidə"ni və onun Suriyadakı qolu "Nusra Cəbhəsi" terror təşkilatını təbliğ edirdi. "Tevhidgundem" və "Darul Hilafe" saytları isə Türkiyədə İŞİD terror təşkilatının ideoloji təbliğatını aparmaqla məşğul idi.