
Tehranda Fitr bayramı namazı İranın Ali Dini lideri Ayətullah Xameneyinin imaməti ilə qılınacaq.
Ahlibeyt.az-ın İslamazeri-yə istinadən məlumatına görə,Farsnews agentliyinin məlumatında bildirilir ki, Bu barədə Fitr və cümə namazına nəzarət şurasının sədri höccətülislam Seyid Yədullah Şirmərdi açıqlama verib. “Ayın göründüyü elan olunduqdan sonra bayram namazı təşkil olunacaq.
Bayram tədbiri saat 7-dən başlayacaq və Fitr namazı saat 8-də Ayətullah Seyid Əli Xameneinin imamətilə qılınacaq.”-deyə Şirmərdi bildirib.