
BMT atəşkəsin icrasının mexanizmi barədə müttəfiqlərlə koordinasia etməyib, husilərin ona riayət edəcəklərinə təzminat verməyib; müttəfiqlərin atəşkəsə aidiyyəti yoxdur.
Ahlibeyt.az-ın Salamnews-a istinadən məlumata görə,"Al Mayadeen"-in verdiyi xəbərədə bildirilir ki, bunu Yəmənə hücum edən müttəfiqlərin əməliyyat komandanlığının mətbuat katibi Əhməd Useyri bildirib.
O, husilərin atəşkəsə riayət etməsi və buna nəzarət üçün mexanizmin olmadığını bildirib.
Qeyd edək ki, Ə.Useyri bu iddianı atəşkəsin tətbiqinin başladığı andan az vaxt keçmiş Səudiyyə Ərəbistanı qırıcılarının Yəmənin Sana və Təiz əyalətlərini bombalaması xəbərinin fonunda qaldırıb.