18 Oktyabr, 2011
Əsirlikdə mənimlə yaxşı davranırdılar

Bu gün səhər HƏMAS hərəkatı ilə İsrail arasında əldə olunmuş əsirlərin mübadiləsi razılaşmasına əsasən əsir mübadiləsinin 1-ci etapı uğurla yekunlaşıb.

Əsirlikdən qurtulan Gilad Şalit ilk müsahibəsi zamanı bildirib ki, əsirlikdə olduğu müddətdə onunla yaxşı davranıblar. 

Şalit İsrail hökümətini onu əsirlikdən qurtarmaq üçün ləng tədbirlər görməsini qınayaraq deyib ki, beş il əsirlikdə olduğu ömrü barədə xırdalıqları dostları ilə bölüşəcəkdir.

Sonda əsirlik həyatının acılığını yaşamış Gilad Şalit bütün fələstinlilərin əsirlikdən azad olunaraq öz evlərinə dönmələrini istədiyini bildirib.

Xatırladaq ki, birinci etapda İsrail 477, ikinci etapda isə 550 fələstinlini azad edəcəyinə razılaşmışdı ki, artıq 477 fələstinli öz ailələrinə qovuşmuşdur. 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-343.html