
İyulun 9-da həbsdə olan ilhiyyatçı, “Təkamül” Tərcümə Mərkəzinin rəhbəri Ceyhun Cəfərov barədə seçilmiş həbs qətimkan tədbirin müddəti uzadılıb.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə C. Cəfərovun vəkili Cavad Cavadlının APA-ya verdiyi məlumata görə, Səbail Rayon Məhkəməsi tərəfindən onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay uzadılıb. Vəkil qərardan apellyasiya şikayəti verəcəklərini deyib.
Qeyd edək ki, ilahiyyatçı Ceyhun Cəfərov bu ilin martın 12-də MTN tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə istintaq başladılıb və Səbail rayon məhkəməsi onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Martın 16-da isə MTN əməkdaşları “Təkamül” tərcümə mərkəzinin Yasamal rayonu ərazisində yerləşən ofisində axtarış aparıblar.