
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşkun media təmsilçiləri üçün iftar mərasimi təşkil edib
Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə,mərasimdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, bir neçə KİV və jurnalist təşkilatının rəhbəri iştirak edib.
Mərasimdə çıxış edən səfir media təmsilçilərini salamlayıb. O, Türkiyə-Azərbaycan arasındakı əlaqələrin inkişafından, iki ölkə mediasının əməkdaşlığının genişlənməsinin vacibliyindən danışıb.
Öz növbəsində Mətbuat Şurasının sədri Əflatun Amaşov da səfirə dəvət üçün təşəkkürünü bildirib. Şura sədri iki ölkə mediasının münasibətlərinin sıxlaşmasının əhəmiyyətli olduğunu vurğulayıb.