8 İyul, 2015
Suriya ordusu Palmira istiqamətində əməlyyatlara başlayıb

Suriya ordusunun ön mövqedəki hərbi hissələri İŞİD terror təşkilatı tərəfindən ələ keçirilən Palmiraya tərəfə irəliləyir.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,RiaNovosti-nin məlumatında bildirilib ki, Suriya ordusu bu gecə ərzində əl-Bayrat yaşayış məskənini azad edərək irəliləyə bilib, və getdikcə Palmiraya yaxınlaşır. Orduya məxsus aviasiya şəhərin şimal hissəsinə, terrorçuların düşərgəsinə zərbələr endirib.

Suriya milli telekanalının məlumatına görə, hərbçilər Palmiradan altı kilometr məsafədə yerləşən Nazel-əl-Hayal rayonuna nəzarəti bərpa ediblər. Aviazərbələr şəhərin ətraf ərazilərinə və Palmiradan cənubdakı yüksəklikdə yerləşən İŞİD nəzarət postlarına endirilib. Terrorçulara aid postlara və texnikaya qarşı hücumlar təşkil edilib.

Yerli KİV-in məlumatına görə, ordu cəhhənin 11 kilometr dərinliyinə və 18 kilometr eninə doğru irəliləyib, bununla da hücum üçün geniş dəhliz təmin edə bilib.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3406.html