8 İyul, 2015
Iraqda 1700 kursantı öldürən 24 İŞİD üzvü edam olunacaq

Bağdad Mərkəzi Cinayətlər Məhkəməsi İŞİD terror təşkilatının "Spayker" hərbi qərargahında 1700 kursantı qətlə yetirməkdə təqsirli bilinən 28 üzvündən dördünü günahsız elan edərək buraxıb, 24-ü barədə isə asılaraq edam hökmü verib.

Ahlibeyt.az-ın məlumatına görə,bu barədə Salamnews İraqın "Sumaria" agentliyinə istinadla xəbər verir.

Edamın tezliklə İraq paytaxtında baş tutacağı gözlənilir.

Xatırladaq ki, İŞİD esktremistləri ötən ilin yayında İraqın Tikrit şəhərini tutarkən buradakı "Spayker" hərbi qərargahında təlim alan 1700 kursantı kütləvi şəkildə edam etmişdilər.

Bu dəhşətli qətliamın həyata keçirildiyi yerlər indi iraqlılar tərəfindən şəhidlər xiyabanına çevrilib.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3403.html