8 İyul, 2015
İraqda onlarla İŞİD-ci təslim olub,yerli sakinlər 45 terrorçunu zəhərləyərək məhv edlib

İŞİD nəzarətində olan Mosulda yerli sakinlərdən biri İŞİD terror təşkilatının üzvlərinin yeməklərinə zəhər qatması nəticəsində 45 terrorçunun ölməsi 100-dən çox qruplaşma üzvünün ağır vəziyyətdə xəsətanalara yerləşdirilməsi barədə məlumat verilib.

Ahlibeyt.az-ın İrib-ə istinadən verdiyi xəbərə görə, Mosulun Hacər bölgəsində iftar süfrəsinə toplaşan terror qruplaşması üzvlərinin yeməklərinə zəhər qatılması nəticəsində gerçəkləşdirildiyi bildirilir.

Məlumatlarda İraqın Ramadi bölgəsində ordu bölmələrinin mühasirəsinə düşən onlarla terrorçunun təslim olduğu,pəşmərqə qüvvələrinin hucumu nəticəsində Kərkük yaxınlığında 80-dən çox İŞİD üzvünün məhv edilməsi bildirilir.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3401.html