8 İyul, 2015
Səudiyyə Ərəbistanı Yəmən ordusunun hərbi qərargahını bombalayıb, 84 əsgər həlak olub

Səudiyyə Ərəbistanına məxsus qırıcılar ötən gün Yəmən Silahlı Qüvvələrinin Hədramut əyaləti ərazisində, sərhəddən 120 kilometr məsafədə yerləşən “Briqada 23 Mika” hərbi qərargahına hücum edib, nəticədə 84 yəmənli əsgər həlak olub, 150-dən çoxu yaralanıb.

Ahlibeyt.az-ın məlumatına görə,bu barədə salamnews "Al Mayadeen" televiziya kanalına istinadla xəbər verib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Yəmən ordusunun Hədramutdakı mövqelərini ilk dəfədir, bombalayır.

Bu hücumlarla paralel olaraq, İŞİD terror təşkilatının üzvləri paytaxt Sana və Ləhic əyalətlərində məscid və postlarda minalanmış avtomaşınları partlatmaqla, onlarla yəmənlinin həyatına son qoyublar.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3398.html