7 İyul, 2015
Məkkə və Mədinə zəvvarlarına pulsuz WI-FI

Bu il Həcc və Ümrə ziyarəti zamanı zəvvarlar pulsuz WI-FI xidmətindən yararlana biləcək.

Ahlibeyt.az-ın İslam.az-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Elm Texnologiyaları Mərkəzinin direktoru Bandar Əl-Kuzayim bildirib.

Onun sözlərinə görə, Mədinə və Məkkədə yerləşən iki müqəddəs məsciddə zəvvarların rahatlığının təmin olunması üçün bu addım atılacaq.

Bundan başqa, Məscidi Haramda təvaf və digər ibadətlər online olaraq  yayımlanacaq.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3394.html