6 İyul, 2015
İraq hökumətinin hücum xəbərdarlığı İŞİD-in Mosulda radio istifadəsini yasaqladı

İŞİD Mosulda radio ticarətini və istifadəsini qadağan edib, buna görə 97 nəfər həbs olunub

İslamazeri.az-ın “Alalam”-ə istinadən verdiyi xəbərə görə, radio ticarətinin və istifadəsinin qadağan olunmasına səbəb isə ölkənin Müdafiə Nazirliyinin Mosulu azad etmək üçün yerli sakinlərə aviasiya vastəsilə məlumat ötürməsi olub. Nazirlik radio yolu ilə Mosul sakinlərinə hansı addımları atmalarını bildirəcəyini dedikdən sonra, İŞİD bu qadağaya start verib.

Qeyd edək ki,İraq Hərbi Həva qüvvələrinə məxsus döyüş təyyarələri İŞİD nəzarəti altında olan Mosul şəhərinə "Mosulun azad olunması" bildirişləri atılıb.

Müraciətdə xalqa məlumatların radio vasitəsi ilə bağlı veriləcəyi vurğulanıb: “Mosul Fm yaxın günlərdə fəaliyyətə başlayacaq. Hər birinizdən radiodan istifadə etməyinizi xaiş edirik. Çünki əməliyyatla bağlı məlumatlar Mosul Fm vasitəsi ilə veriləcək”.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3388.html