
Küveytin tanınmış din alimi Ayətullah Seyid Muhəmməd Baqir Musəvi dünyasını dəyişib.
Ahlibeyt.azın İslamazeri-yə istinadən verdiyi xəbərə görə, "Al Aləm"in verdiyi məlumatda bildirilir ki, Küveytin tanınmışdin alimi Ayətullah Seyid Muhəmməd Baqir Musəvi ürək çatışmamazlığından həyatını itirib.
Ayətullah Seyid Muhəmməd Baqir Musəvi bir çox təqlid mərcələrinin Küveytdə olan nümayəndəsi olub və o, “mərcələrin Küveytdəki nümayəndəsi” kimi tanınırdı.
Ayətullah Xoyi və Ayətullah Seyid Sədr kimi şəxslərdən dərs alan Ayətullah Musəvi, Küveytin İmam Əli (ə) məscidin imam camaatı, eyni zamanda ölkənin şiə alimləri cəmiyyətinin baş katibi idi. İraq diktatoru Səddam Hüseynin müxaliflərindən olan Ayətullah, bu səbədən İraqda bir neçə dəfə zindan və işkəncələrə məruz qalıb.
Allah rəhmət etsin