17 Oktyabr, 2011
HƏMAS hərəkatından hicab müqavimətinə dəstək mesajı

Fələstinin müqavimət hərəkatı HƏMAS Azərbaycanda hicab müdafiəçilərini dəstəklədiyini bildirib.

Hərəkatın parlamentdəki millət vəkili Cəmilə əl-Şənti hicabı müdafiə edənlərə, o cümlədən hicab məhbuslarına dəstək məktubu göndərib.

Məktubda Azərbaycandakı qardaşlarına salam göndərən əl-Şənti deyib ki, dinimizi, hicabımızı qoruduğunuza görə sizə təşəkkür edirik. Sizə bu mübarək yolunuza davam etməyi tapşırırıq deyən əl-Şənti Allahın izni ilə zəfər qazanılacağını bildirib. 

Hicab inancın özüdür deyən millət vəkili deyib ki, heç kim hicaba qarşı çıxa bilməz və ona qarşı dayana bilməz. Çünki hicab Allahın inkar edilməz əmridir. Və biz fələstinlilər sizi dəstəkləyirik. Bütün ərəb dünyası sizinlədir.

arasbulten.org

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-338.html