
Hadisə cəbhənin Tərtər rayonu istiqamətində baş verib-Ermənistanın iki pilotsuz uçan aparatı məhv edilib
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir ki, iyulun 4-də cəbhənin Tərtər rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd pilotsuz uçan aparat (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.