
Suriyanın İdlib vilayəti cənubunda yerləşən Əriha əyalətində məscidin partlaması nəticəsində “Əl-Qaidə”yə bağlı “Nusra Cəbhəsi” qruplaşmasının ən azı 25 yaraqlısı həlak olub.
Ahlibeyt.az-ın Ərəb mediasımntinadən verdiyi xəbərə görə, partlayıcı maddə yaraqlılar Ramazan ayı ilə bağlı axşam məscidə verilən iftar süfrəsinə yığışan zaman işə düşüb.
Hücumla bağlı məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.