4 İyul, 2015
Suriya ordusu “Hizbullah”ın dəstəyi ilə sərhəddə əməliyyata başlayıblar

Suriya hərbçiləri terrorçuların Livan sərhədi yaxınlığındakı mühüm istinadgahına hücuma keçiblər.

Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə,BBC-nin məlumatında bildirilir ki,hökumət qüvvələri Livanın “Hizbullah” hərəkatının dəstəyi ilə Zabadani şəhərinin ələ keçirilməsini planlaşdırır.

“Hizbullah” nümayəndələri şəhərin ətraf ərazilərinin güclü artilleriya atəşinə və aviasiya zərbələrinə məruz qaldığını bildiriblər.

Qeyd edək ki, bu, Livan sərhədində qiyamçı qrupların qarşısının alınmasına yönələn, bir həftə əvvəl başladılan hərbi əməliyyatın bir hissəsidir.

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3373.html