
Terror aktı törədilən Küveytin İmam Sadiq məscidində cümə günü vəhdət namazı qılınıb.
Ahlibeyt.az-ın İslamazeri-yə istinadən məlumatına görə, cümə namazında Küveyt əmiri Sabah əl-Əhməd əl-Cabir əl-Səbah da iştirak edib.
Bildirilir ki,cümə namazına on minlərlə insan qatılıb.
Qeyd edək ki, ötən cümə günü Küveytdə İmam Sadiq nəscidində İŞİD terrorçusunun törətdiyi terror aktı nəticəsində 27 nəfər şəhid olub, 200-dən artıq insan yaralanıb.