
İsrail rejiminin Məscidi-Əqsada cümə namazı qılmaq üçün Qüdsə keçmək istəyən Fələstinlilərə "icazə sənədi şərti" irəli sürməsi nəzarət nöqtələrində izdiham yaradıb.
Ahlibeyt.az-ın İslam.az-a istinadən xəbər verir ki, İordan çayının qərb sahilindən gələn 40 yaşdan aşağı fələstinlilərə ramazan ayı boyunca cümə günləri Qüdsə giriş izni verməyəcəyini bildirən İsrail rejimi ötən gün 16-30 yaş arasındakı qadınlar və 30-50 yaş arasındakı kişilərə cümə günləri Məscidi-Əqsada namaz qılmaları üçün icazə sənədi şərtini irəli sürməsi etirazla qarşılanıb.