
Kabildə bir qrup insan tərəfindən linç edilməsi cinayətində iştirak edən 4 nəfərə verilmiş ölüm hökmünü ləğv edib.
Ahlibeyt.az-ın İslamazeri-yə istinadən verdiyi xəbərə görə,BBC-nin məlumatında bildirilir ki, yerli media ölüm hökmlərinin 20 illik həbs cəzası ilə əvəz edilib
Bağlı qapılar arxasında keçirilən məhkəmə iclasında gənc qadına hücum etmək üçün camaatı təşviq etməkdə günahlandırılan türbə gözətçisinə də bəraət verildiyi qeyd edilib.
28 yaşlı Fərxundənin linç edilməzdən əvvəl prezident sarayına gedən yol üzərində yerləşən türbədə zinət əşyaları satan türbə gözətçisi ilə mübahisə etdiyi bildirilmişdi. Mübahisə zamanı gənc qadın Quranı yandırmaqda günahlandırmış, ətrafdakılar isə deyəilnləri eşidib və Fərxundəyə hücuma keçmişdi. Daş-qalaq edilərək öldürülən Fərxundənin cəsədi maşınla əzilmiş və yandırılmışdı