
İŞİD terror təşkilatı silahlıları nəzarətləri altında olan suriyanın Palmira şəhərində antik dövrə aid qədim heykəlləri dağıtmalarının əks olunduğu fotolar yayıblar.
Ahlibeyt.az-ın Lifnews-a istinadla verdiyi xəbərə görə, ekstremistlər bu heykəllərin Suriyanın Palmirra şəhərindəki qədim artefaktlar olduğunu qeyd edirlər.
Bildirilir ki,məhv edilən abidələr arasında olan"Ellat Şiri"Palmira və dünya tarixi irsinin nadir nümunələrindən biridir.
Foolarda terrorçuların altı heykəli ağır çəkiclə kütlənin iştirakı ilə dağıtdıqları görünür.
Qeyd oluinur ki,ötən gün Suriyanın qərbində keçirilən xüsusi əməliyyat zamanı İŞİD-ın maliyyə işləri ilə məşqul olan ən önəmli adamlarından biri olan Abu əs-Səyyaf məhv edilmişdir.O terror təşkilatında neft,qaz və maliyyə əməliyyatlarından gələn gəlirlərə nəzarət edirmiş.