
Bəhreyn Daxili İşlər Nazirliyi məscidlərin mühafizəsi üçün könüllülər toplamağa başlayıb
Ahlibeyt.az-ın Salamnews-a istinadla verdiyi xəbərə görə, bu barədə jurnalistlərə paytaxt Manamanın qubernatoru Haşim Əbdürrəhman əl-Xəlifə məlumat verib: “Bu insanlar polis əməkdaşlarına Krallıqdakı dini sitayiş yerlərinin təhlükəsizliyinin təmin olunmasında kömək edəcəklər.”
Bildirək ki, Bəhreyn məscidlərinin, xüsusilə ölkədə şiələrin yaşadıqları bölgələrdəki müsəlman məbədlərinin mühafizəsinin gücləndirilməsi barədə qərar ötən cümə günü Küveytdə şiə məscidində terror aktı törədilməsindən sonra qəbul edilib.