
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əmrinə əsasən 2015/2016-cı tədris ili üçün Bakı İslam Universitetində təhsil almaq istəyən abituriyentlərin seçilməsi məqsədilə Dini-Psixoloji Komissiya yaradılıb.
Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, Bakı İslam Universitetindən verilən məlumatda bildirilir ki,iyulun 25-də 3-cü ixtisas qrupu üzrə imtahan verəcək abituriyentlər iyul ayının 13, 14, 15, 16, 17-də saat 9:00-dan 13:00-dək universitetdə fəaliyyət göstərən Dini-Psixoloji Komissiyaya müraciət etməlidirlər.
Bununla yanaşı, 17 may 2015-ci il tarixində 3-cü ixtisas qrupu üzrə imtahan verən və 100-dən artıq bal toplayan, lakin Dini-Psixoloji Komissiyadan keçməyənlər də yuxarıda qeyd olunan tarixlərdə təşkil olunacaq komissiyaya müraciət edə bilərlər.