30 İyun, 2015
Azərbaycan XİN: “Küveytdə məsciddə törədilmiş terror aktını qəti şəkildə pisləyirik”

Azərbaycan Xarici İşlər Nazirliyi Küveytdə məsciddə törədilmiş terror aktını pisləyən bəyanat yayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir:

“Biz 26 iyun tarixində Küveytdə məsciddə törədilmiş terror aktını qəti şəkildə pisləyir, yaxınlarını itirən ailələrə dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını arzu edirik. Azərbaycan Respublikası terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini qəti şəkildə dəstəkləyir və Küveyt xalqı ilə həmrəyliyini ifadə edir”.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3336.html