30 İyun, 2015
Yəmən ordusunun "Skad" raketi Ərəbistanın mərkəzində hərbi bazaya düşdü

Yəmən ordusu Səudiyyə Ərəbistanının mərkəzi Ər-Riyad vilayətində bir raket bazasını Skad raketi ilə hədəfə alıb

Ahlibeyt.az-ın məlumatına görə, Yəmənin Əl-Məsirə kanalı məlumat verib ki, Yəmən ordusunun sözçüsü Şərəf Qalib Loğman bildirib: Yəmən qüvvələri Ərəbistanın Ər-Riyad vilayətində əl-Suləyil raket bazasını hədəfə alıblar.

Ər-Riyad vilayəti Ərəbistanın 2-ci böyük vilayətidir və bu ölkənin mərkəzində yerləşir.

Ş.Loğman bildirib ki,Skad raketi tam diqqətlə Ərəbistandakı hədəfinə toxunub.

Yəmən ordusunun sözçüsü əlavə edib ki, Ərəbistanın mərkəzinə raket hücumu səudiyyə düşmənə mesajdır ki, bundan dərs alsın. Çünki belə olmadığı halda, çoxlu hücumların şahidi olacaqdır.

Yəmən ordusu və xalq qüvvələri də Cizan vilayətində Ərəbistanın əl-Dud və əl-Duxan hərbi bazalarını top atəşinə tutublar.

Həmçinin Ərəbistanın cənub-qərbində Əsir vilayətində Ələb hərbi bazası da hədəfə alınıb. Nəticədə səudiyyəli qüvvələr öz hərbi təchizatları ilə birlikdə bu bazadan qaçıblar.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3334.html