29 İyun, 2015
Misirin baş prokuroru sui-qəsd nəticəsində öldürüldü -Video

Misirin baş prokuroru Hişam Bərəkətə qarşı edilən sui-qəsd öldüyü açıqlanıb. Belə ki, yaralanan baş prokuror yerləşdiyi xəstəxanada dünyasını dəyişib.

Ahlibeyt.az-ın BBC-yə istinadən verdiyi xəbərə görə, Misirin baş prokuroru Hişam Bərəkət Qahirə şəhərində ona qarşı törədilən sui-qəsd nəticəsində aldığı qəlpə yaraları nəticəsində dünyasını dəyişib.

Baş prokurora qarşı edilən sui-qəsd Qahirə şəhərinin Qelopolis məhəlləsində prokurorun avtomobil karvanı keçdiyi vaxt partlayıcı qurğunun işə salınması nəticəsində baş verib.

Məlumatda bildirilir ki,Hişam Bərəkət Misirin devrilən prezidenti Muhəmməd Mursinin və minlərlə islamçının məhkəmə işində aktiv iştirak edənlərdən biri olub.

Qeyd elonur ki,Baş Prokuror əvvəllər də öldqrqlməsi ilə baılı hədələr almışdır.

Terror aktının hələki kimin tərəfindən tərəfindən törədilməsi açıqlanmayıb

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-3330.html