
Səudiyyə Ərəbistanının "əl-Vətən" qəzetinin xəbərinə görə, Məkkənin əmiri Xalid əl-Veysəl Hz.Məhəmmədin(s) sünnəti olan "Müşriklərdən bəraət" mərasimini tənqid edib. Xalid əl-Veysəl deyib ki, hər il biz Həcc zamanı mərasim keçirildiyini müşahidə edirik. Bildirirəm ki, Səudiyyə dövləti hacıların təhlükəsizliyini təmin etməyi öz üzərinə götürşmüşdür. Buna görə hacılar arasında hərc-mərclik yaradacaq və iğtişaşlara səbəb ola biləcək istənilən addımın qarşısını alacağıq.
əl-Cəzirə telekanalının xəbər saytı Xalid əl-Veysəlin bu xəbərdarlığını son günlər Səudiyyə ilə İran arasında yaranmış problemlə əlaqələndirir.