
İŞİD terror qruplaşmasının əsas liderlərindən biri Abdulla Məhəmməd Xorani (Mosul şəhərinin sağ sahildəki hissəsində bütün əməliyyatlara cavabdeh şəxs) hava hücumu nəticəsində məhv edilib.
Ahlibeyt.az-ın RiaNovosti-yə istinadən məlumatına görə, zərbə nəticəsində həmçinin Xoranini müşayiət edən 10 İŞİD silahlısı ölüb.
Digər xəbər qaynaqlarının məlumatlarında qeyd olunur ki, İraq silahlı qüvvələri ölkənin şimal və qərb bölgələrində onlarla İŞİD terrorçusunun məhv edildiyini bildirir.
İraq təhlikəsizlik qüvvələrinin məlumatında bildirilir ki,İraq ordusu və könüllü briqadalar Hadisə və Ramadi bölgələrində həyata keçirdikləri əməliyyatlar nəticəsində azı 76 nəfər İŞİD-çı məhv edilib.
Xəbərdə bildirilir ki,Mosul yaxınlığında meydana gələn ağır döyüşlərdə 27,Bakuba-da isə 23 terrorrist öldürülmüşdür.
Bildirilir ki,hərbi əməliyyatlara İraq aviasiyasının dəstəyi ilə həyata keçirilmişdir.
Məlumatda qeyd olunur ki,son bir neçə ayda İraq ordusu ilə bərabər könüllü xalq briqadaları və tayfalardan formalaşdırılmış silahlı birləşmələr İŞİD-ə qarşı keçirdikləri əməliyyatlarda terrorçu qruplaşmanı bir çox məntəqələrdən çıxara bilmişlər.